"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Eldar əzizov: Hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, ən vacibi isə bütün işlərini “təmiz əllərlə” görməlidir”

--2019-04-24 / 05:35

Bakı şəhər icra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.  Bu barədə məlumatı Bakı şəhər icra Hakimiyyətinin mətbuat xidməti yayıb.

Müşavirədə Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar əzizov ölkə başçısının apardığı çoşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib.

O, Prezident ilham əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirmişdir ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün  istifadə etməli, ən vacibi isə  bütün işlərini “təmiz əllərlə” görməlidir.

icra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd etmiş, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüququ mühafizə orqanlarına müraciət ediləcəyini bildirmişdir.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar əzizov bildirib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təminatı üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Eldar əzizov paytaxtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə məlumat verərək paytaxtdakı məhəllələrin təmir-abadaşdırılması işlərində çox fəal olduqları və böyük işlər gördükləri üçün Heydər əliyev Fondunun Birinci vitse-prezidenti Leyla əliyevaya və onun rəhbəri olduğu iDEA təşkilatına öz minnətdarlığını bildirib.

icra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat vermişdir.

Belediyye.info

ŞƏRHLƏR